“PASHA Private Banking” olaraq övladınızın həyatında baş verən bu mühüm hadisəni individual yanaşmaya əsaslanan təhsil xidmətimizlə həyata keçirməyə hazırıq. Müştərilərimiz təklif olunan xidmətlərdən xüsusi şərtlərlə faydalana bilər:

• Ödənişsiz konsultasiya;
• Bütün xidmətlər üçün xüsusi şərtlər;
• Maliyyələşmə imkanı.

Eyni zamanda maliyyə vəsaitinizi tam olaraq təhsilə yönləndirməyi düşünmədiyiniz halda təklif olunan maliyyə xidmətlərimizin sayəsində sizin və övladlarınızın ambisiya və məqsədlərini maliyyələşdirə bilərsiniz.

Beləliklə tanınmış peşəkarlardan ibarət komanda sizə Britaniya və ABŞ təhsili ilə bağlı ekspert məsləhətləri verəcək, imtahanlara hazırlıqda dəstək olacaq və gələcək karyeranın planlanmasında köməklik göstərəcək.

Partnyor şirkətlərimizin təklif etdiyi xidmətlər:

• Fərdi plan və təlim strategiyasının hazırlanması;
• Akademik fəaliyyətin qiymətləndirilməsi;
• Qəbul üçün uyğun universitetlərin siyahısı;
• Standartlaşdırılmış testlərə və qəbul imtahanlarına hazırlıq;
• Qəbul esselərinin yazılmasında dəstək;
• Hər növ onlayn və oflayn təhsil materiallarına çıxış;
• Partnyorlar tərəfindən təşkil olunan sərgi və tədbirlərdə iştirak imkanı;
• ABŞ-da istənilən şirkətdə təcrübə imkanı;
• Karyera planlaması və dəstək.

Təkliflə bağlı ətraflı məlumat üçün *1230 nömrəsinə zəng edərək çağrı mərkəzi ilə əlaqə saxlaya bilərsiniz.

Əlaqə: *1230
Ünvan: Yusif Məmmədəliyev küç, 15
Bakı, AZ1005, Azərbaycan