Kiprdə yatırım imkanları
Avropa, Asiya və Afrikanın kəsişməsində yerləşən Kipr, mədəni irsi, incə zövqü, əyləncəni və arxitekturanı özündə mükəmməl şəkildə birləşdirir, eyni zamanda sizə misilsiz səyahət imkanlarını təqdim edir.
“Pafilia” 250-dən çox daşınmaz əmlak layihəsi yaradan və Kiprin ən kosmopolit şəhərlərində - Pafos və Limassolda mənzillər və villalar almaq imkanı təqdim edən böyük özəl şirkətdir.
Kipr adasının cənub-qərb hissəsində yerləşən Pafos şəhəri sevgi və gözəllik ilahəsi Afroditanın doğulduğu yerdir. Bir vaxtlar Kiprin qədim paytaxtı olan Pafos bu gün Avropa Birliyinin Mədəniyyət Paytaxtı elan edilmiş ən mənzərəli şəhərlərindən biridir.

Kiprin kosmopolit paytaxtı olan Limassol, ölkənin biznes bölgəsi və canlı sosial mərkəzidir. Limassol, həyat keyfiyyəti, cazibəsi və atmosferinə görə dünyanın ən yaxşı şəhərlərindən biri kimi tanınır.
Kiprdə mülk sahibi olmaq sizə aşağıdakı üstünlükləri verir:

· Siz və ailə üzvləriniz üçün ömürlük yaşayış icazəsi;
· 20 000 EUR-dan başlayan illik gəlir;
· Avropa ittifaqı ölkələrində təhsil imkanı;
· Avropa ittifaqına açıq qapılar;
· Kipr ərazisində azad yaşamaq imkanı;
· Bir həftə ərzində Şengen vizasının alınması.

Qeyd edək ki, Kiprdə daimi yaşayış icazəsi həmişəlik verilir və digər proqramlardan fərqli olaraq yenilənməsi tələb olunmur. Daşınmaz əmlakın alınması üçün müraciət və bütün proses 100% məsafədən həyata keçirilir.
Həmçinin “PAŞA Private Banking” öz müştərilərinə bank tərəfindən maliyyələşmə şərtləri ilə daşınmaz əmlak almaq imkanı da təqdim edir.

Kiprdə hazır əmlak çeşidləri

“Konia Park”
5 fərqli variasiyada təqdim olunan, müasir dizayn və rahat həyat tərzini təcəssüm etdirən bu layihədə yüksək keyfiyyətli tikinti materiallarından istifadə olunub. Klassik xətlər, təbii elementlər və açıq məkanların istifadəsi tərz və praktikliyin mükəmməl balansını yaradıb. Hər bir villanın özəl bağça, şəxsi hovuz və ya cakuzi üçün geniş ərazisi var.

“Vista”
“Vista”, Limassolun məşhur Agios Tayçonas şəhərətrafı ərazisində yerləşir. Şəhərdən cəmi bir neçə dəqiqəlik məsafədə yerləşən bu kiçik məhəllə müasir zərifliyi və Aralıq dənizi üslubunu özündə birləşdirir. Layihə böyük hovuz və günəş terrası ətrafında yerləşən 20 ikiotaqlı evlərdən ibarətdir. Hər evin istirahət üçün nəzərdə tutulmuş dam örtüyü bağçası var.

“Vida suits”
“Vida suits” Limassolun mərkəzində, dənizə və infrastruktura bir neçə addımlıqda olan dəbli ərazidə yerləşir. 16 dəbdəbəli iki və üçotaqlı mənzillərdən ibarət “Vida suits” panoramlı mənzərəsi, açıq mərtəbə planı, müasir dizaynı ilə Aralıq dənizi sahilində yaşamağınız üçün ideal məkandır.

Kiprdə əmlak sahibi olmaq ilə bağlı ətraflı məlumat üçün bizimlə *1230 nömrəsi vasitəsilə əlaqə saxlaya bilərsiniz.


Əlaqə: *1230
Ünvan: Yusif Məmmədəliyev küç, 15
Bakı, AZ1005, Azərbaycan