Türkiyədə investisiya imkanları

Türkiyə əsrlər boyu yaşayan mədəniyyət, qədim sivilizasiyalar ölkəsidir. Burada çimərliklərin rahat atmosferi, canlı gecə həyatı, mehriban yerli əhali, qədim tarix və inkişaf etmiş infrastruktur gözəl tərzdə bir-birini tamamlayır.

Heyrətamiz təbiət, qızılı qumlu çimərliklər, şam meşələri ilə örtülmüş mənzərəli dağlar, parlaq günəş və təbii ki, tər-təmiz, zərif və isti dəniz. Bütün bunlar öz evinizin pəncərəsindən açılan mənzərə ola bilər.

Xidmətlərimiz sayəsində Türkiyənin İstanbul, İzmir, Alanya və Antalya kimi şəhərlərində mənzil və villalar əldə edə bilərsiniz. "Dasta Viwan", "Montibo Residences" və digər elit yaşayış kompleksləri özündə hovuz, SPA zonası, idman zalı, restoranı və barları olan otel infrastrukturunu əhatə edir.

Türkiyədə mülk sahibi olmaq sizə aşağıdakı üstünlükləri verir:
•  Siz və ailə üzvləriniz üçün yaşayış icazəsi;
•  8 %-dək illik gəlir.

Daşınmaz əmlakın alınması üçün müraciət daxil olmaqla, bütün proses tamamilə onlayn şəkildə həyata keçirilir. "PASHA Private Banking" tərəfindən müştərilərinə daşınmaz əmlakın alışı üçün maliyyələşdirmə imkanları da təqdim olunur.
Ətraflı məlumat üçün *1230 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Əlaqə: *1230
Ünvan: Yusif Məmmədəliyev küç, 15
Bakı, AZ1005, Azərbaycan